Gördüyünüz bu səhifədə AgahMedia.Com portalının əvvəlki sisteminin müvafiq bölümündəki arxiv materialları yer almaqdadır.      Portalın əsas səhifəsinə keçmək üçün bu linki tıklayın >>>

 

       

 

      Murad Süleyman

 

 

        Ramazan gəldi

 

Böyük ferah ilə doldu ürəklər,

Bayramlar sultanı Ramazan gəldi.

Pərvazlandı göyə arzu,istəklər,

Ruhların dərmanı Ramazan gəldi.

 

Parlaq sabahlara artdı ümidlər,

Tanrı dərgahına yönəldi səmtlər.

Gəldi hər bir yandan şükranlar,həmdlər,

Tanrı ərməğanı Ramazan gəldi.

 

Tanrım,şükr olsun bu günümüzə,

Bir bayram da yazdın Sən bəxtimizə.

Böyük məna verən bu ömrümüzə,

Möminlər ilhamı Ramazan gəldi.

 

 

Şeir 02.11.2005-ci il tarixində qələmə alınıb

 

   20.09.2009

__________________________________________

                BAŞ REDAKTORDAN

 

        MURAD SÜLEYMAN

          E-mail:agahmedia@yahoo.com

    

   

     Agah olun!

 

   Hələ çoxları bu sahəni və bu sahənin gücünü dərk etməsələr də,bəzən dərk etmək belə istəməsələr də iyirmi birinci  əsrdə ən bahalı əmtəə sayılan informasiya yükünün istehsal və yayımını təmin edən  internet istəsək də ,istəməsək də,artık yaşamımızın vazgeçilməz bir hissəsinə çevrilib.Hətta eski dövrün bəzi “çoxbilmiş”ləri bu sahəni də inhisarlarına almaq,nəzarətə götürmək istəsələr də dərin zəkanın məhsulu olan bu texnologiya hər an onların yanıldıgını isbatlayır...

 KİV sahəsində də yeni sayılmasına və bəzən ciddi qəbul edilməməsinə baxmayaraq internet mediası bazarda ənənəvi və hətta olduqca nəhəng olan media qurumlarını ciddi rəqabətlə qarşı-qarşıya qoyub.Hətta Amerikada belə internet medıası ənənəvi media qurumlarının milyonlarca istifadəcısini özünə çəkə bilib və bu tendensiya artan dinamika ilə davam etməkdədir.Təsadüfi deyil ki,bu yaxınlarda məşhur amerikali mediamaqnat  Rupert Merdok çıxışında bir az da irəli gedərək yaxın 10-15 il ərzində qəzətlərin kağız variantlarının bazardan çıxacağını ve onların yerini internet mediasının alacağını proqnozlaşdırıb...

Bugün qloballaşmada alternativsiz xidmət göstərən internet hətta ən totalitar hakimiyyətləri belə təşvişə salıb.( Təsadüfi deyil ki,bu yaxınlarda İrandakı məlum hadisələr zamanı bu texnologiya üzəridəki nəzarət hər vəchlə artırılmağa çalışılırdı...)

Müasir düvrün vazgeçilməzi olan bu texnologiya siyasi demokratiyanın inkişafı ilə yanaşı, şəffaf ticarətin də inkişafında mühüm rola malikdir.Hətta gün gələcək elekton yöneticilik(elektron media,elektron ticarət,elektron dövlət vəs.) ən totalitar rejimləri və ən qəddar monopolistləri belə çökdürəcək...

Danılası deyil ki,sözügedən texnologiyanın bütün bu müsbət cəhətləri ilə yanaşı neqativ məqamları da az deyil.Lakin bunda da əsas günahkar texnologiya deyil,anormal insan amili durur ki, bu texnologiyanın yaradıcılarını da heç şübhəsiz düşündürməyə bilməz və başqa bir söhbətin mövzusu olan bu məsələ həmrəylik və vahid cəbhədən mübarizə tələb edən məsələdir...

 AgahMedia.Com Müstəqil İnformasiya Portalının yaradılmasında isə əsas məqsəd internet texnologiyasının gücündən yararlanaraq Azərbaycanda elektron medianın inkişafında mühüm yerə sahib olmaq və bir media qurumu olaraq Azərbaycanımızın hərtərəfli inkişafında aktiv iştirak etmək və gərəkli töhvələr verməkdir.Siyasi əqidəsindən,milliyətindən asılı olmayaraq bu ölkəni qüdrətli,vətəndaşları üçün müqəddəs və daimi inkişafda görmək istəyən bütün sağlamdüşüncəli və vicdanlıları əməkdaşlığa dəvət edirik.

                                                    

Bəs Siz Bizimləmisiniz?

 

 

     07.08.2009